Nyu-Yorkda ABŞ Prezidenti Co Bayden ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub. ABŞ Prezidenti Kiyevə Rusiyaya qarşı müharibədə hərtərəfli dəstəyi davam etdirəcəklərini söz verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə görüşdən sonra keçirilən mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, Bayden Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyi mesajını verib və Ukraynaya elan ediləcək yeni yardım paketini təqdim edib.