Moskvanın Avropadakı iki əsas müttəfiqi – Macarıstan və Slovakiya ABŞ Prezidenti Co Baydenin Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə vermək qərarını tənqid edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC News” məlumat paylaşıb.
Bildirilir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ administrasiyasının qərarını “çox təhlükəli” adlandırıb.
BBC qeyd edir ki, Slovakiyanın Baş naziri Robert Fiko da bu qərara kəskin etiraz edərək, bunun sülh danışıqlarını pozmaq və ya gecikdirmək məqsədi daşıdığını bildirib.