Azərbaycan müdafiə, iqtisadiyyat və beynəlxalq münasibətlər istiqamətində çox ciddi inkişaf yaşamaqdadır.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi brifinqdə deyib.
O, Türkiyə-Azərbaycan münasibətlərinin köklərinə toxunaraq bu inkişafdan qürur duyduqlarını ifadə edib.
Sədr 8 noyabr Zəfər Gününün yaxınlaşdığını deyərək Türkiyənin müharibə dönəmində Azərbaycana dəstəyini xatırladıb:
“Bu, bir qardaş vəzifəsi idi. Biz bundan sonra da türk birliyini yaşadacağıq”.



