Xəbərlər

BCM prokuroru Taliban liderinin həbsinə order verilməsini istəyib

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğu Taliban hərəkatının lideri Heybətullah Axundzadənin, eləcə də İslam Əmirliyi Ali Məhkəməsinin sədrinin həbsinə order verilməsini istəyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə məhkəmə prokuroru Kərim Xanın bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, prokurorun hər ikisinin insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyəti daşıdığını düşünməyə tutarlı əsasları var.