Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Livanın cənubuna hücumlarından və Yaxın Şərqdə münaqişənin davam etməsindən narahat olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
“Xarici İşlər Nazirliyi beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə uyğun olaraq hərbi əməliyyatların dayandırılması, qan tökülməsinin qarşısının alınması və mülki şəxslərin tam müdafiəsinin təmin edilməsi üçün birgə beynəlxalq səylərə ehtiyac olduğunu bildirir”, – məlumatda bildirilib.