Xəbərlər

BƏƏ prezidenti Əsədlə telefonla danışıb

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı aparıb. O, terrorizm və ekstremizmlə mübarizədə Suriyaya dəstəyini ifadə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əmirliyin “WAM” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, Əl Nəhyan Suriya xalqının sabitlik və inkişaf istəklərini həyata keçirmək üçün Suriya böhranının sülh yolu ilə həllinə yönəlmiş istənilən səyləri dəstəklədiyini bildirib.

Bundan əlavə, BƏƏ prezidenti Suriyanın birliyinin və ölkənin bütün əraziləri üzərində suverenliyinin təmin edilməsinin zəruriliyinə diqqət çəkib.