Xəbərlər

BƏƏ: Türkiyənin səylərini yüksək qiymətləndiririk

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti dekabrın 11-də Ankarada Somali prezidenti Həsən Şeyx Mahmud və Efiopiyanın Baş naziri Abiy Əhmədin imzaladığı bəyannaməni alqışlayıb və Türkiyənin səylərini yüksək qiymətləndirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bəyanatda Türkiyənin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu razılaşmaya nail olmaq üçün göstərdiyi səylər təqdir edilib.

“Danışıqlar regional və beynəlxalq səviyyədə iki ölkə və xalqa fayda verəcək, ortaqlığa xidmət edəcək şəkildə aparılacaq. Bu, məqsədə çatmaq üçün mühüm addımdır”, – məlumatda bildirilib.