Xəbərlər

Bektenov: Qlobal ticarətin azalması Aİİ iqtisadiyyatına təsir edəcək

“Qlobal ticarətin azalması qaçılmaz olaraq Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin iqtisadiyyatına təsir edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

“2025-ci ilin sonunadək dünyada qlobal ticarət gözlənilən artım əvəzinə 0,2% azala bilər. Bu, istər-istəməz Aİİ ölkələrinin iqtisadiyyatlarına təsir göstərəcək. Avrasiya İqtisadi Komissiyasının (AİK) hesablamalarına görə, yaxın illərdə qlobal artımın ləngiməsi mümkündür”, – Bektenov bildirib.