“Belarus dəfələrlə Avropa İttifaqına (Aİ) qeyri-qanuni miqrasiya problemləri ilə bağlı dialoq aparmağı təklif edib, lakin əvəzində Aİ qarşıdurma və sərhəd zonasının militarizasiyası yolunu tutub”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə beynəlxalq konfrans zamanı deyib.
“Miqrasiya vəziyyətinin gərginləşməsi başlayandan Dövlət Sərhəd Komitəsi dəfələrlə Aİ dövlətlərinin diqqətini konstruktiv dialoqun zəruriliyinə və tərk edilmiş transsərhəd əməkdaşlıq layihələrinin, o cümlədən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələlərində dondurulmamasına yönəldib. Təəssüf ki, qonşu Aİ dövlətləri konstruktiv dialoq əvəzinə sərhədyanı ərazilərin hərbiləşdirilməsi, qarşıdurma yolu tutaraq, sərhədyanı əməkdaşlıq məsələlərinə məhəl qoymadan bu gün yaranan miqrasiya problemini həll etmək üçün radikal üsullardan istifadə edirlər”, – sədr qeyd edib.