Xəbərlər

Belarus hərbçiləri Qırğızıstana gedib

Belarus hərbçiləri KTMT təlimlərində iştirak etmək üçün Qırğızıstana gedib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri, daxili işlər və fövqəladə hallar nazirliklərinin kontingentləri, həmçinin katibliyin və KTMT Birgə Qərargahının əməliyyat qrupları iştirak edəcək.

Qeyd edək ki, manevrlərin Qırğızıstan Silahlı Qüvvələrinin Edelveys təlim mərkəzinin poliqonunda baş tutacağı bildirilib.