Belarus Silahlı Qüvvələrinin xüsusi təyinatlı tibbi dəstəsinin Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşdirildiyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Silahlı Qüvvələrin 432-ci Baş Hərbi Kliniki Tibb Mərkəzinin xüsusi təyinatlı tibb dəstəsinin hərbi həkimləri zərurət yaranarsa, hər an əsgərlərə ixtisaslı yardım göstərməyə hazırdırlar. Dəstənin şəxsi heyəti çoxillik təcrübəyə malikdir və beynəlxalq humanitar missiyalarda, o cümlədən Suriya və Livanda iştirak edib”, – məlumatda qeyd edilib.