Xəbərlər

Belarus MN: KTMT ölkələri yalnız birlikdə müasir təhlükələrə qarşı çıxa bilər

“Yalnız birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər əhatə dairəsi genişlənən müasir təhlükə və risklərə qarşı dura bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko deyib.

“Dünyada baş verən proseslər göstərir ki, KTMT-yə üzv dövlətlər üçün ənənəvi risklər və çağırışlar genişlənir. Müttəfiqlər və dost tərəfdaş ölkələr arasında hərbi sahədə milli təhlükəsizliyin təmin edilməsində silahların, resursların və istehsal potensialının mövcudluğu mühüm amildir”, – Muraveyko əlavə edib.