Xəbərlər

Belarus MN: Sərhəddəki vəziyyətə baxmayaraq sülhü təmin edəcəyik

“Respublikanın sərhədlərində çətin vəziyyətə baxmayaraq, ölkədə təhlükəsizlik və sabitlik təmin olunur”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin deyib.

“Sərhədlərimizdə vəziyyətin gərgin olmasına baxmayaraq, Belarus xalqının əsas dəyərləri olan sülh, sabitlik və təhlükəsizlik etibarlı şəkildə qorunulur. Bu məqsədlə Belarusda yaxşı təlim keçmiş müasir silah və hərbi texnika ilə təchiz olunmuş Silahlı Qüvvələr var”, – nazir vurğulayıb.