“Belarus etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün imzalanmış beynəlxalq müqavilələr çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun “Respublika” qəzetində dərc olunmuş seçki proqramında bildirilib.
“Belarusun heç bir ölkəyə ərazi iddiası yoxdur, heç kimə hədə-qorxu gəlmir və heç kimə hücum etmək niyyətində deyil. Minsk müdafiə siyasətinə sadiqdir, lakin təcavüz və işğal halında Belarus özünü müdafiə etməyə hazır olmalıdır. Buna görə də biz müasir Silahlı Qüvvələrin formalaşdırılmasını, qabaqcıl silahlarla bağlı öz istehsalımızı inkişaf etdirməyi, həmçinin etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün imzalanmış beynəlxalq müqavilələr çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdirəcəyik”, – Lukaşenko qeyd edib.