Belarus Ukrayna tərəfinin hücumlarından əziyyət çəkən Rusiyanın Belqorod vilayətinin sakinlərinə yardım göstərməyə hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Belarusun Rusiyadakı səfiri Aleksandr Roqojnik söyləyib.
Qeyd edilib ki, Roqojniklə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov arasında görüş keçirilib. Görüşdə sənaye, kənd təsərrüfatı, humanitar sahə, mənzil-kommunal təsərrüfatı və tikinti, sərnişin daşınması ilə bağlı məsələlər müzakirə olunub.