Xəbərlər

Belarus TŞ-nin dövlət katibi Ukrayna ilə həmsərhəd bölgələrə səfər edəcək

Belarus Təhlükəsizlik Şurasının (TŞ) dövlət katibi general-leytenant Aleksandr Volfoviç Ukrayna ilə dövlət sərhədinin mühafizəsinin gücləndirildiyi rayonlara səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Təhlükəsizlik Şurasının dövlət katibi Belarus ordusunun bölmələrinin cənub sərhədlərində dövlət sərhədinin möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirdiyi ərazilərə səfər edəcək.