Xəbərlər

Belarus və BƏƏ terrorla mübarizə üzrə təhlükəsizlik komitəsi yaradacaq

Belarus Milli Assambleyasının Nümayəndələr Palatası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə təhlükəsizlik komitəsinin yaradılmasını nəzərdə tutan terrorizmlə mübarizədə əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini bir oxunuşda qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.

“Bu sazişin müddəalarını həyata keçirmək və əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün tərəflər hər iki dövlətin daxili işlər nazirliklərinin nümayəndələrinin daxil olacağı birgə təhlükəsizlik komitəsi yaradacaqlar”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, birgə komitənin görüşlərinin Belarus və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) növbəli şəkildə keçirilməsi, planlaşdırılan iclasların qrafiki diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.