Belarus və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahları “Zapad-2025” təlimlərinin hazırlığına başlayıb.
“Füyuzat”ın məlumatına görə, bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib.
“Bu təlim 2025-ci ildə hərbi komandanlıq, nəzarət orqanlarının və qoşunların birgə təliminin əsas tədbiri olacaq və Birlik Dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi üçün mövcud sistemin daha da təkmilləşdirilməsinə şərait yaradacaq”, – nazir bildirib.