Xəbərlər

Belarus “Zapad-2025” təlimlərinə Aİ və NATO-dan müşahidəçilər dəvət edə bilər

“Belarus Rusiya Federasiyası ilə birgə “Zapad-2025″ təlimlərinin keçirilməsi zamanı bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin nümayəndələrini müşahidəçi qismində dəvət etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi, general-mayor Valeri Revenko deyib.

“Biz müttəfiqlərimizdən, dostlarımızdan və tərəfdaşlarımızdan nümayəndə heyətlərini bu təlimə dəvət etməyi planlaşdırırıq, kimin hansı mərhələlərə dəvət ediləcəyi ilə bağlı plan hazırlanır”, – Revenko qeyd edib.