Xəbərlər

Belçika 2028-ci ilə qədər Ukraynaya 30 ədəd F-16 tədarük edəcək

Belçika hakimiyyəti 2028-ci ilə qədər Ukraynaya 30 ədəd F-16 təyyarəsi təhvil verəcək, ilk qırıcılar 2024-cü ildə göndəriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Aja Lyabib Bel RTL radiostansiyasının efirində bildirib.

“Belçika Ukraynaya 30 ədəd F-16-nı tədarük etməyi öhdəsinə götürəcək, ilk təyyarə bu ilin sonuna qədər təhvil verilməlidir”, – Lyabib qeyd edib.

O vurğulayıb ki, Belçika artıq Ukraynaya birbaşa silah tədarükü üçün 1,7 milyard avro fond yaradıb.

Ukrayna prezidenti Volodimir Zelenski mayın 28-də Brüsseldə olacaq, onu Baş nazir və Belçika kralı qəbul edəcək və onunla 10 illik təhlükəsizlik müqaviləsi imzalanacaq.