Xəbərlər

Bəqayi: İran Cənubi Qafqazda sülh üçün bütün imkanlardan istifadə edəcək

“İran Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi brifinq zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana son səfərini şərh edərkən deyib.

“Əhmədianın qonşu ölkələrə səfəri əvvəlcədən planlaşdırılıb. Cənubi Qafqazın İran üçün əhəmiyyəti nəzərdən keçirilməlidir. Burada təhlükəsizliyi üçüncü tərəflərin müdaxiləsi olmadan region ölkələri özləri təmin etməlidir”, – Bəqayi bildirib.