“İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nümayəndələri artıq iki raund danışıqlar aparıblar, lakin nəticədə heç bir qərar verilməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“İndiyədək agentliyin baş direktorunun müavini səviyyəsində İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının nümayəndələrinin iştirakı ilə iki raund danışıqlar aparılıb, lakin hələlik konkret nəticə yoxdur”, – o əlavə edib.



