Almaniyanın xarici işlər naziri Annalena Berbok dekabrın 1-də Çinə səfər edəcək və orada digər məsələlərlə yanaşı Ukrayna münaqişəsini də müzakirə edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner brifinqdə bildirib.
“Xarici işlər naziri bazar günü, dekabrın 1-də işgüzar səfərlə Çinə, Pekinə gedəcək. Bazar ertəsi orada o, çinli həmkarı Vanq Yi ilə strateji dialoq aparacaq. Həmçinin digər siyasi danışıqlar, eləcə də alman biznesinin nümayəndələri ilə görüş planlaşdırılır”, – Vaqner bildirib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərlə yanaşı, xarici siyasət və təhlükəsizlik siyasəti, xüsusən də Ukrayna münaqişəsi ilə bağlı mövzulara diqqət yetiriləcək.