Xəbərlər

Berbok: Qəzzaya humanitar yardım göstərməmək üçün artıq bəhanə ola bilməz

“Alman səlahiyyətliləri İsrail hökumətindən Qəzza zolağına əlavə humanitar yardımın göndərilməsi planlarını tez bir zamanda həyata keçirəcəyini gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok söyləyib.

“Biz İsrail hökumətindən öz bəyanatlarını tez bir zamanda həyata keçirəcəyini gözləyirik. Artıq heç bir bəhanə ola bilməz. Qəzzada insanların indi hər cür yardım paketinə ehtiyacı var”, – Berbok bildirib.