“Vaşinqton Ukraynada sülhə nail olmaq strategiyasının bir hissəsi kimi Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırdır, lakin uğur qazanmaq üçün Ağ Evin Avropa İttifaqının (Aİ) tam dəstəyinə ehtiyacı var”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
“ABŞ və Aİ Ukraynada müharibəyə son qoyulmasının vacibliyi ilə bağlı mövqelərində yekdildir və ABŞ prezidenti Donald Trampın sülh danışıqlarını dəstəkləmək strategiyasının bir hissəsi kimi bütün variantlar açıq qalır. Biz Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırıq, lakin uğur qazanmaq üçün avropalı tərəfdaşlarımız bu işdə bizə hərtərəfli yardım etməlidir”, – o əlavə edib.



