“G7 ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə G7 ölkələrinin xarici işlər nazirləri bəyanat yayıb.
“Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Avropa İttifaqının Ali Nümayəndəsi olaraq artan gərginliklə bağlı dərin narahatlığımızı bildiririk. Yaxın Şərqdəki gərginlik səviyyəsi bölgədə daha geniş bir qarşıdurmaya səbəb olmaq təhlükəsi yaradır”, – bəyanatda bildirilib.