Cənubi Afrikanın Qəzzaya görə İsrailə qarşı açdığı soyqırım işində yeni hökm çıxarılıb. Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzzaya yardıma dərhal icazə verməsi barədə qərar verib.
“Füyuzat”ın məlumatına görə, Beynəlxalq Ədalət Məhkəməsi martın 6-da soyqırım iddiası çərçivəsində Cənubi Afrikanın tələb etdiyi əlavə qadağanın tətbiqinə qərar verib və İsrailin yardımın ən qısa zamanda çatdırılmasına imkan verməsi, eyni zamanda Qəzzada aclığı dayandırması barədə qərar verib.
Cənubi Afrika məhkəmədən İsrailin aclıqdan ölüm hallarının qarşısını almaq üçün tədbir görməsinə qərar verməsini istəyib. Öz növbəsində məhkəmə Qəzzada aclıq olduğunu elan edərək yardımın maneəsiz paylanmasına qərar verib.
Məhkəmə İsraildən təkcə qida deyil, həm də İsrailin əngəllədiyi tibbi ləvazimatları da gecikmədən təhvil verməyi tələb edib.
Qeyd edək ki, İsrail tərəfi qərara münasibət bildirməyib, lakin nümayəndə heyəti bunun “iqtisadi əsasının” olmadığını iddia edib. Beynəlxalq Ədalət Məhkəməsi qərara alıb ki, İsrail ən geci bir ay ərzində görülən tədbirlər barədə Haaqaya məlumat verməlidir.