Xəbərlər

Beynəlxalq Miqrasiya Təşkilatı: 2090-cı ilə qədər 2,8 milyard insan isti hava dalğalarına məruz qala bilər

2090-cı ilə qədər dünyada isti hava dalğalarına məruz qala biləcək insanların sayı 2,8 milyarda çata bilər.

“Füyuzat”ın məlumatına görə, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında yer alıb.

Təşkilatın dərc etdiyi hesabatda qeyd olunub ki, iqlim dəyişikliyi dünya əhalisinin mümkün hərəkətini proqnozlaşdırmaq imkanlarını məhdudlaşdırır.

Hesabatda, isti dalğalardan təsirlənəcək insanların yarısısının – 1,3 milyard insanın Cənubi Asiyadan olacağı proqnozlaşdırılıb. Cənubi Asiyadan son 10 ildə 59,7 milyon insanın köç etdiyi qeyd edilib.

Hesabatda 2100-cü ilə qədər qlobal temperaturun 3-4 dərəcə Selsi artacağı ifadə edilib.

Hesabatda qlobal isti dalğalarına məruz qala biləcək insanların sayının 2090-cı ilə qədər 2,8 milyarda yüksələ biləcəyi qeyd edilib. 2023-cü ilin tarixin ən isti ili olmağa davam etdiyi vurğulanıb və iqlim dəyişikliyinin təsirlərinin Afrikadan Sakit Okean adalarına qədər hiss edildiyi vurğulanıb.