Xəbərlər

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Avqustun 2-si saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.