Xəbərlər

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Avqustun 16-sı saat 16:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Göyçay, Zərdab, İmişli, Sabirabad, Lənkəran, Xaltan, Qusar, Şahdağ, Oğuz, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.