Xəbərlər

Bild: Helsinq Ukraynanı 6000 süni intellektlə təchiz edilmiş dronla təmin edəcək

Almaniyanın Helsinq müdafiə şirkəti 2025-ci ildə Ukraynaya süni intellektlə təchiz edilmiş 6 min kamikadze pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Söhbət 100 km-ə qədər uçuş məsafəsi olan HX-2 model dronlardan gedir. Bu PUA-lar 220 km/saat sürətə çata bilir və tanklara qarşı döyüş sursatları ilə təchiz oluna bilir.

Nəşr iddia edir ki, süni intellekt dronlara elektron müharibənin təsirindən qaçmağa və pis hava şəraitində işləməyə imkan verəcək.

PUA-lar həm də operatorun iştirakı olmadan hücumun son mərhələsini müstəqil şəkildə həyata keçirməyə qadirdir.