Xəbərlər

Birol Akgün: Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə yüksək səviyyədə tədbirlər keçiriləcək

Yunus Emre İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dostluq Süfrəsi: Anadolu Səhər Yeməyi Görüşü” 2026-cı ildə ilk dəfə keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə təsadüf edir. Bu il dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılması, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin ifadə olunması baxımından son dərəcə əlamətdar bir dövrdür.

“Füyuzat” ın məlumatına görə, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün deyib.

O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə bu il yüksək səviyyədə müxtəlif tədbirlər və proqramlar həyata keçiriləcək.

Səfirin sözlərinə görə, Türk dünyasının müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin iştirakı ilə mühüm elmi və mədəni platforma formalaşacaq.

Anadolunun zəngin səhər yeməyi ənənəsini əks etdirən proqramda paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin Türkiyə ilə Azərbaycan arasında ortaq yaddaşda tutduğu yer xüsusi vurğulanıb. Tədbir çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni arxa planı aşpaz təqdimatı ilə iştirakçılara təqdim olunub.

Tədbirdə Türkiyə Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri professor doktor Birol Akgünlə yanaşı, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi, səfir Ufuk Turqaner iştirak edib.

Qeyd edək ki, Yunus Emre İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına yönəlmiş fəaliyyətlərini davam etdirir.