Xəbərlər

Blinken: 30 ölkə Kiyevlə təhlükəsizlik sazişləri bağlayıb

“Ümumilikdə 30 ölkə Ukrayna ilə ya ikitərəfli təhlükəsizlik sazişləri bağlayıb, ya da bu məsələ ilə bağlı danışıqlar aparır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat yayıb.

Blinken qeyd edib ki, digər bəzi ölkələr isə müqavilələr çərçivəsində Kiyevə maliyyə ayırmaq niyyətindədir.

“Biz eyni şeyi iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində də müzakirə edəcəyik. NATO-nun rolu Ukraynaya gələcəkdə müdafiə qüvvələrinin yaradılmasında necə kömək etməkdir ki, bu da Ukraynanın ittifaqa üzvlüyü üçün son dərəcə vacib olacaq”, – Blinken bildirib.