“Birləşmiş Ştatlar Suriyada sülh yolu ilə siyasi keçidi və inklüziv hökumətin formalaşmasını dəstəkləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə söhbətində deyib.
“Dövlət katibi ABŞ-ın Suriyada sülh yolu ilə siyasi keçidi və inklüziv hökumətin formalaşmasını dəstəklədiyini bir daha təsdiq etdi. O, çıxışında Suriyadakı bütün tərəflərin bütün suriyalıların, o cümlədən azlıqların nümayəndələrinin hüquqlarına və əsas azadlıqlarına hörmət etmək və Suriyanın terrorizm üçün baza kimi istifadə edilməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin ümumi rolunu vurğuladı”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkendən sitat gətirib.