Birləşmiş Ştatlar “vahid Çin” prinsipinə sadiqdir və Tayvan boğazında sabitliyin vacib olduğuna inanır.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Antoni Blinken Pekində keçirdiyi mətbuat konfransında deyib.
“Mən ABŞ-ın “vahid Çin” siyasətinə sadiqliyini bir daha təsdiqlədim və Tayvan boğazında sülh və sabitliyin qorunmasının kritik əhəmiyyətini vurğuladım”, – Blinken qeyd edib.