Xəbərlər

Blinken Böyük Britaniyanın müdafiə naziri ilə görüşüb

ABŞ dövlət katibi Antoni Blinken Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Suriya-İordaniya sərhədindəki ABŞ bazasına hücum müzakirə edilib və Blinken bu hücuma görə məsuliyyət daşıyanların cavab verəcəklərini vurğulayıb.

İkili həmçinin Yəməndə İranın dəstəklədiyi Husilərin Qırmızı dənizdə gəmilərə hücumlara görə məsuliyyət daşıması üçün beynəlxalq tədbirləri müzakirə ediblər.

Blinken və Şapps Ukraynaya hərbi və digər yardımları dəstəklədiklərini bildiriblər.