“Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı hazırda nəzərdən keçirəcəyi və ya elan edəcəyi heç nə yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Ermənistan-Amerika əməkdaşlığının artıq strateji xarakter daşıdığını bildirərək, tərəflərin razılığı ilə strateji tərəfdaşlıq səviyyəsində dialoqun qurulduğunu deyib.
“Müvafiq sənəd və ya sənədlər müzakirə olunur, həmçinin Ermənistan və ABŞ rəsmiləri arasında görüşlər də planlaşdırılır”, – Mirzoyan əvvəlki çıxışlarında bildirib.