Xəbərlər

Blinken Gürcüstandakı parlament seçkilərini araşdırmağa çağırıb

ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanda keçirilən parlament seçkiləri zamanı baş verən qanunsuzluqların araşdırılmasına çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Biz beynəlxalq normaların bütün pozuntularını pisləyir və seçkilərdəki qanun pozuntuları ilə bağlı bütün məlumatların hərtərəfli araşdırılmasında beynəlxalq və yerli müşahidəçilərə qoşuluruq”, – Blinken bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib.