Xəbərlər

Blinken: İran bir günün içində İsrailə hücum edə bilər

ABŞ-ın dövlət katibi Antoni Blinken G7-nin xarici işlər nazirlərinə bildirib ki, İran və Hizbullah hərəkatı yaxın 24 saat ərzində İsrailə hücuma keçə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Blinken G7 ölkələrini cavab zərbələri endirmək ehtimallarını minimuma endirməsi üçün İran və Hizbullaha diplomatik təzyiq göstərməyə çağırıb.

ABŞ dövlət katibi vurğulayıb ki, mümkün hücumun nəticələrini yumşaltmaq regionda tam miqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı vasitə olacaq.