Xəbərlər

Blinken Kiyevə səfər edib

ABŞ-ın dövlət katibi Antoni Blinken rəsmi təmaslar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gedib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Blinken özü açıqlama verib.

“Rus təcavüzünə qarşı öz azadlıqlarını müdafiə edən Ukraynaya sarsılmaz dəstəyimizi göstərmək üçün bu gün Kiyevə qayıtdım”, – Blinken bildirib.

Qeyd edək ki, Blinken Ukrayna prezidenti Volodimr Zelenski ilə də görüşüb.