Xəbərlər

Blinken: Qəzzada atəşkəs həm HƏMAS-dan, həm də İsraildən asılıdır

“Qəzza zolağında atəşkəs həm HƏMAS hərəkatından, həm də İsraildən asılıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Haitiyə səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında deyib.

“Mənim fikrimcə, hazırkı məqamda hər iki tərəf bu məsələlərdə razılığa gəlməlidir. Biz ilk növbədə tərəfdaşlarımızla – Misir və Qətərlə çox fəal danışıqlar aparırıq. Yaxın günlərdə fikirlərimizi İsrail və HƏMAS ilə bölüşərək, birlikdə həll olunmamış məsələlər haqqında müzakirələr aparacağıq”, – Blinken bildirib.