ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanı və Qətərdən olan həmkarları ilə telefon danışığı zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi və Qəzza zolağında nizamlanma məsələsini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin yazılı bəyanatında bildirilib.
Verilən məlumata görə, həmkarlar Yəhya Sinvarın ölümünü, münaqişənin dayandırılması və girovların azad edilməsi üçün səylərin ikiqat artırılmasının zəruriliyini müzakirə ediblər.