Xəbərlər

Blinken və Lemmi Kiyevə hərbi yardımın artırılmasını müzakirə edib

ABŞ-ın dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi arasında telefon danışığı olub. Tərəflər Ukraynaya hərbi yardımın artırılmasını müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında bildirilib.

“İki ölkənin diplomatik idarələrinin rəhbərləri, həmçinin Suriyadakı vəziyyət, ABŞ və region ölkələrinin dəstəklədiyi, keçid prosesi və yeni hökumətin formalaşması zamanı riayət edilməli olan prinsiplər barədə danışıblar”, – bəyanatda qeyd olunub.