Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı, Baş nazirin müavini Çxe San Mok və ABŞ dövlət katibi Entoni Blinken arasında Seulda danışıqlar aparılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“San Mok Koreya Respublikası-ABŞ ittifaqının güclü müdafiə qabiliyyəti əsasında Şimali Koreyanın törədə biləcəyi müxtəlif təxribatlara hazırlıq zamanı sıx əməkdaşlığın davam etdirilməsini xahiş edib”, – nazirlikdən məlumat verilib.