Xəbərlər

Blinken Yaxın Şərqdəki tərəflərə çağırış edib

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqdəki bütün tərəfləri regionda gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Blinken mətbuat konfransındakı çıxışında Qəzzada atəşkəsə nail olunmasının vacibliyini də vurğulayıb.

“Bunun üçün bütün tərəflər ilk növbədə danışmalı, gərginliyi artıracaq hərəkətlərdən qaçmalı və razılığa gəlmək üçün səbəblər tapmalıdır”, – Blinken söyləyib.