“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 15-ci sanksiyalar paketinə 50-yə yaxın fiziki və 30 hüquqi şəxsin daxil edilməsini təklif edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Aİ Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalar tətbiq etmək istəyir.
Sənədlərə əsasən, yeni məhdudiyyətlərin əsasən rus hərbi istehsalçılarına, eləcə də dron istehsalı üçün hissələri təchiz etdiyi iddia edilən bəzi Çin firmalarına qarşı tətbiq edilməsi planlaşdırılır. Neftin nəqli ilə məşğul olan Rusiya şirkətləri, eləcə də hərbçilər və şirkət rəhbərləri yeni sanksiyalara məruz qala bilərlər”, – məlumatda bildirilib.
Qeyd edilib ki, Aİ səfirləri noyabrın 27-də Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.