Avropa Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması səbəbindən gələn qış üçün qaz ehtiyatı hədəflərinə çatmamaq riski ilə üzləşir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilib ki, bu vəziyyət LNG tədarükü uğrunda rəqabətə şərait yarada bilər.
Agentlik həmçinin mövcud səbəbdən Asiya və Cənubi Amerikadakı daha kasıb və inkişaf etməkdə olan ölkələrin bazardan sıxışdırılma riski ilə qarşılaşa biləcəyini qeyd edib.
Bildirilib ki, Avropanın bu qış üçün kifayət qədər qaz ehtiyatı olmasına və ilin əvvəlindən qiymətlərin aşağı düşməsinə baxmayaraq, soyuq hava səbəbindən ehtiyatlar daha tez istifadə olunur.