Xəbərlər

Bloomberg: Bayden İsveçrədəki Ukrayna konfransını buraxa bilər

ABŞ prezidenti Co Bayden Kaliforniyada eyni vaxtda baş tutacaq tədbirlərinə görə, iyunun 15-16-da Bürgenstokda keçirilməsi planlaşdırılan Ukrayna mövzusunda konfransda iştirak etməyəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Bayden çox güman ki, İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh sammitini buraxacaq, çünki iyunun 15-də Los-Ancelesdə seçki kampaniyası üçün planlaşdırılan vəsaitin toplanması tədbirində iştirak etmək niyyətindədir.

Qeyd olunub ki, tədbirdə ABŞ-ın keçmiş prezidenti Barak Obama, aktyorlar Corc Kluni və Culiya Roberts, komediya ustası Cimmi Kimmel və digər amerikalı məşhurlar iştirak edəcək.

Agentlik əlavə edib ki, Bürgenstokda keçirilən konfransda ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iştirakı da planlaşdırılmır.