Xəbərlər

Bloomberg: Ərdoğan Ukraynadakı münaqişənin cəbhə xəttində dondurulmasını təklif edəcək

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçirilən G20 sammitində Ukrayna münaqişənin hazırkı cəbhə xəttində dondurulmasını təklif edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə lideri planını bazar ertəsi G20 liderlərinin görüşündə təqdim edəcək. Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskiyə NATO-ya üzvlük məsələsinin müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək. Türkiyənin ideyası Donbassın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsini nəzərdə tutur”, – məlumatda bildirilib.