Xəbərlər

Bloomberg: G20 qlobal idarəetmə institutlarında islahatlar aparacaq

İyirmilik Qrupu (G20) BMT, ÜTT və çoxtərəfli kreditorlarda islahatlara təkan vermək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilib ki, G20 üzvləri bir ay yarımlıq danışıqlardan sonra bu razılığa gəliblər.

Kommunike layihəsinə əsasən, islahat planları sentyabrın 25-də G20 xarici işlər nazirlərinin görüşündə açıqlanacaq.

Agentliyin məlumatına görə, üç səhifəlik sənəd G20-nin üç sahədə razılaşdırdığı islahatları təqdim edir: BMT, beynəlxalq maliyyə arxitekturası və çoxtərəfli ticarət sistemi.